“Turizm haqqında” yeni hazırlanan qanun layihəsi Milli Məclisə daxil olub.
APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.
İclasda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmi şəxsləri və sahə təşkilatlarının nümayəndələri iştirak edəcək. İclasın gündəliyinə "Turizm haqqında" qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.