Rusiyanın hava-kosmik qüvvələri Qarabağ münaqişəsi zamanı PUA-lardan istifadə təcrübəsini öyrəniblər
Rusiyanın hava-kosmik qüvvələri 2021-ci ildəki təlimlərdə Qarabağ münaqişəsi zamanı kəşfiyyat və zərbə PUA-larından istifadə təcrübəsini öyrəniblər.
APA-nın xəbərinə görə, bunu Rusiya Federasiyasının hava-kosmik qüvvələri komandanının müavini general-leytenant Anderey Demin “Независимое военное обозрение”yə müashibəsində deyib.
Generalın sözlərinə görə, hava-kosmik qüvvələrində builki təlimlər zamanı döyüş hazırlığı HHM birliklərinin iştirakı, o cümlədən onların poliqona çıxarılması ilə təkmilləşdirilib. “PUA-ların ilk dəfə geniş tətbiq edildiyi Qarabağ münaqişəsinin təcrübəsi də öyrənilib”, deyə general əlavə edib.
General deyib ki, Rusiya Silahlı qüvvələrinin Suriyada əldə etdiyi təcrübə bu il Aşuluk və Telemba poliqonlarında təlim zamanı tətbiq olunub.