Azərbaycan hərbçiləri suveren ərazilərimizdə xidmətlərini həyata keçirirlər - RƏSMİ
Tarix: 2-12-2021, 13:53 | Çap et
Azərbaycan hərbçiləri suveren ərazilərimizdə xidmətlərini həyata keçirirlər - RƏSMİ

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ordusunun sərhədin Laçın, Kəlbəcər istiqamətindəki bəzi mövqelərdən geri çəkilməsi barədə məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan mediası Ermənistan mediasına istinadları minimuma endirməlidir.

“Çünki Ermənistan tərəfi kifayət qədər yalan, saxta məlumatlar yayır. Bu, həm də Ermənistanın daxilində gedən proseslərlə əlaqədardır”, - deyə Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, hazırda sərhəddə vəziyyət sabit olaraq qiymətləndirilir.

“Azərbaycan hərbçiləri Azərbaycanın suveren ərazilərində xidmətlərini həyata keçirirlər”, - deyə Hikmət Hacıyev fikrini yekunlaşdırıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net