Görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar...
örmə qabiliyyətinin yaxşılaşdırılması ilə bağlı, adətən, müxtəlif məhsulların qəbulu məsləhət görülür. Məsələn, balıq yeməyin gözə faydasından danışılır. Yeni araşdırmalar başqa metodların effektli olmasını ön plana çıxarır.
Bizimyol.info xəbər verir ki, müəlliflər gün ərzində cəmi 3 dəqiqə tünd qırmızı rəngə baxmağın faydasına əmindir. London kollecinin tədqiqatçıları effektliliyə əmin olmaq üçün əvvəlcə milçəklər üzərində eksperiment aparıb. Məlum olub ki, hər səhər tünd qırmızı rəngə 3 dəqiqə diqqətlə baxmaq görmə qabiliyyətini 17 faiz yaxşılaşdırır.
London kollecinin oftalmoloq professoru Qlen Ceffri tədqiqatın milyonlarla insana kömək etmək imkanından danışır.
“İnsanlarda gözün tor qişasındakı hüceyrələr təxminən 40 yaşında, rolu enerji istehsal etmək olan hüceyrələrin mitoxondriləri də kiçilməyə doğru gedəndə pisləşməyə başlayır. Əvvəlki araşdırmalar göstərdi ki, tünd qırmızı işıq siçanlarda, arılarda və meyvə milçəklərində bu mitoxondriləri doldurmağa kömək edə bilər”.
Tədqiqatçılar 34-70 yaş arası heç bir göz xəstəliyi olmayan könüllülərdən araşdırmada istifadə edib. 13 qadın və 7 kişi səhər saat 8-dən 9-a qədər 3 dəqiqə ərzində dərin qırmızı işığa baxıblar. Bir həftə sonra onların gözləri müayinədən keçirilib. Növbəti sınaq zamanı məlum olub ki, könüllülərin görmə qabiliyyəti yaxşılaşıb.