Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı AÇIQLAMA
Tarix: 22-11-2021, 12:48 | Çap et
Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşın ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

Qeyd olunub ki, aktiv müvəqqəti yaşama icazəsi olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər:

“Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin elmi şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net