Rəşad Mahmudov: “COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”
Tarix: 20-11-2021, 10:33 | Çap et
Rəşad Mahmudov: “COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”

“COVID 19-la bağlı antibiotiklərin, steroidlərin, antiviralların, yüzlərlə lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir".
APA-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, bütün bunlar reanimasiyalarda ağır xəstələrin artmasına da gətirib çıxarır: “Bunun ölkə və ailə üçün maddi yükünü, psixoloji təsirləri nəzərə alaraq bu məsələyə laqeyd yanaşa bilmərik".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net