2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 7,5 faiz artıb.
Musavat.com Trend-ə istinadən bildirir ki, qeyd olunan müddət ərzində ümumilikdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 633,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 16,3 faiz artıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6 faiz, neft koksunun istehsalı 33,7 faiz, dizel yanacağının istehsalı 21,8 faiz, neft bitumunun istehsalı 0,6 faiz