ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Ann Linde "Twitter"də bildirib.
Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.
“Mən de-eskalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - ATƏT sədri qeyd edib.
Qeyd edək ki, Ann Lindenin noyabrın 17-də Ermənistan XİN rəhbəri ilə də telefon danışığı olub.