Nureddin Nebati: “Azərbaycanla strateji əməkdaşlıq Tükiyəyə böyük fayda verir”
Tarix: 15-11-2021, 11:57 | Çap et
Nureddin Nebati: “Azərbaycanla strateji əməkdaşlıq Tükiyəyə böyük fayda verir”

“Azərbaycan iqtisadi potensialı ilə xarici investorlar üçün kəşf edilməyi gözləyən cəlbedici bir ölkədir”.

Oxu.Az-ın məlumatına görə, bunu 25-ci Beynəlxalq Biznes Forumda (İBF) Türkiyə Respublikasının maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

O, Azərbaycanın iqtisadi imkanlarının çox geniş olduğunu və Forumda həm Azərbaycandan olan, həm də Türkiyədən olan iştirakçıların məlumat mübadiləsinin əhəmiyyətli olacağını qeyd edib.

Nazir müavini bildirib ki, xüsusilə turizm Azərbaycan iqtisadiyyatı üçün önə çıxan sektor kimi dəyərləndirilə bilər:

“Beynəlxalq idman və digər tədbirlərdə üç milyon turisti qarşılamasına baxmayaraq, turizm sahəsində tətbiq edilən yeniliklər, viza prosedurlarının asanlaşdırılması ilə Azərbaycan 10 milyon turisti qəbul etməyə hazır bir ölkədir”.

O, Azərbaycanın kənd təsərrüfatı və heyvandarlıq sahəsində yüksək iqtisadi potensiala malik olduğunu əlavə edib:

“Bu sahədə məhsuldarlıq ümumi nüfuzun 37 faizini təşkil edir. Qeyd etmək lazımdır ki, Türkiyə də bu sahədə çox təcrübəlidir. Hazırda Azərbaycanın su ehtiyatları ilə bağlı əhəmiyyətli layihələrə imza atır. Bunlardan xəbərdarıq. Növbəti dövrdə suvarma sistemlərində də yeniliklərin tətbiq edilməsi mövcud sektorda yeni investisiya potensialına imkan verir”.

Nureddin Nebati vurğulayıb ki, Azərbaycanla strateji əməkdaşlıq Tükiyəyə böyük fayda verir və hazırda Tükiyə bölgənin əhəmiyyətli iştirakçısıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net