Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI
Tarix: 12-11-2021, 12:21 | Çap et
Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI

“Bu gün dərman bazarında və apteklərdə satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.

Vertikal.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci il büdcə layihəsinin müzakirələri zamanı deyib.

O bildirib ki, Azərbaycanda dərmanların qiyməti bir sıra ölkələrlə müqayisədə çox bahadır.

Deputat Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün lazım olan dərmanların olmamasını da vurğulayıb:

“Onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir aparatlar gətirilib. Ancaq, dərmanlarla bağlı problemlər var. Bu dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmaları gətirir, amma bunu görmürük”, - deyə Ə.Əmiraslanov əlavə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net