Təhsil Tələbə Kredit Fondunun Nizamnamə kapitalı artırılacaq.
VERTİKAL.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcə layihəsinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, həmin Fondun Nizamnamə kapitalının 2022-ci ildə 102 milyon manata çatdırılması gözlənilir.