Azərbaycanlı Ukraynada nazir müavini təyin edildi
Tarix: 11-11-2021, 11:38 | Çap et
Azərbaycanlı Ukraynada nazir müavini təyin edildi

Azərbaycanlı Ukraynada energetika nazirinin müavini təyin olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Departament direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net