“Gələcəkdə Rusiya ilə Ermənistan arasında tamamilə fərqli münasibətlər görmək istərdim. Amma bunun üçün, ilk növbədə, biz Ermənistanda özümüzə münasibətimizi dəyişməliyik. Yəni, bu, çox böyük və güclü dostu olan Rusiyaya malik kiçik ağıllı dövlət qurmaq və Rusiya Federasiyasının həqiqətən kiçik, lakin güclü dostuna çevrilmək deməkdir”.
Moderator.az xəbər verir ki, bu fikirləri – qəsbkar Ermənistan prezidenti Armen Sarkisyan Kirill Vışinskinin “Rossiya-24” telekanalındakı “1/6” proqramının efirində ifadə edib.
O, Rusiya ilə tərəfdaşlığın bu gün Ermənistanda yaşayanlara nə verməsi haqda sualı da cavablandırıb.
“Birincisi, bu, çox çətin sualdır, amma Rusiya ilə tərəfdaşlıq olmasaydı, Ermənistan olardı, ya yox. İkincisi, bu münasibətlər o qədər dərindir ki, müzakirə etmək belə mənasızdır... Yaxşı, son müharibə... Bizim gələcəyimiz, dövlətimizin gələcəyi harada olacaqdı, əgər Rusiya olmasaydı? Yaxşı, təfərrüatlar aydındır.... Müharibə nə vaxt bitərdi, Rusiya olmasaydı, harda bitərdi?”, - deyə A.Sarkisyan sualı suallarla cavablandırıb.