Paşinyan Gorus-Qafan yolundan keçməyə RİSK ETMƏDİ
Tarix: 5-11-2021, 18:00 | Çap et
Paşinyan Gorus-Qafan yolundan keçməyə RİSK ETMƏDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan Tatev yolu ilə Zəngəzur bölgəsinə gedib.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyanın Zəngəzura dəfn mərasimində iştirak etmək üçün gedib.

Maraqlısı budur ki, Nikolun şəhərə Gorus-Qafan yolu ilə deyil, məhz hazırda təmir işləri aparılan Tatev yolu ilə getməsi erməni mətbuatında qınaq obyektinə çevrilib.

Sosial şəbəkələrdə bir çoxları Paşinyanın bu seçimi azərbaycanlılardan qorxduğu üçün atdığını yazıblar. Çünki Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətindədir və Paşinyan bu yoldan istifadə etməyə “risk etməyib”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net