Nazir keçmiş müdiri yenidən öz vəzifəsinə qaytardı
Tarix: 5-11-2021, 11:13 | Çap et
Nazir keçmiş müdiri yenidən öz vəzifəsinə qaytardı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının Nəqliyyat siyasəti şöbəsinə müdir əvəzi təyin edilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Əliyev Azər Rövşən oğlu sözügedən şöbənin müdir əvəzi təyin olunub.
A.Əliyev 2018-2020-ci illərdə nəqliyyat siyasəti şöbəsində müdir vəzifəsində çalışıb.

Xatırladaq ki, nazirliyin aparatının Nəqliyyat siyasəti şöbəsinə müdiri Arif Baloğlan oğlu Məmmədov 28 oktyabr tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net