Baş prokuror: “11 yaşlı qızın dünyaya uşaq gətirməsinə görə şübhəli şəxs tutulub”
Tarix: 1-11-2021, 15:07 | Çap et
Baş prokuror: “11 yaşlı qızın dünyaya uşaq gətirməsinə görə şübhəli şəxs tutulub”

Baş prokuror Kamran Əliyev İmişli rayonda 11 yaşlı qızın dünyaya uşaq gətirməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, Baş Prokuror deyib ki, İmişlidə baş vermiş hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

“İlkin hadisə prokurorluğa bəlli olandan sonra dərhal faktla bağlı cinayət işi açılıb. Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib, saxlanılıb. İntensiv hərəkətlər gedir. Hımin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir, daim nəzarətdə saxlayırıq", - deyə Baş prokuror qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net