Ərdoğanla Baydenin Romada ayaqüstü görüşü olub
Tarix: 30-10-2021, 16:31 | Çap et
Ərdoğanla Baydenin Romada ayaqüstü görüşü olub

Bu gün İtaliyanın paytaxtı Romada iqtisadi baxımdan ən inkişaf etmiş 20 ölkənin G-20 sammiti işə başlayıb. Sammit iştirakçılarını İtaliyanın Baş naziri Mario Draqi qarşılayıb.

APA-nın Türkiyə bürosunun NTV-yə istinadən xəbərinə görə, sammitdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin ayaqüstü görüşü olub. Bundan başqa, G-20 sammitində iştirak edən liderlər ailə şəkli çəkdiriblər.

G-20 sammitinin “Qlobal iqtisadiyyat və qlobal sağlamlıq” mövzulu panel iclasından sonra Türkiyə Prezidentinin İtaliyanın Baş naziri Mario Draqi ilə görüşünün olacağı gözlənilir.

Ərdoğanla Baydenin Romada ayaqüstü görüşü olub

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixlərində Romada keçiriləcək 16-cı G-20 sammitində iştirak etmək üçün dünən İatliyaya səfər edib.

G-20 sammitindən sonra Türkiyə Prezidenti noyabrın 1-2-də Şotlandiyada 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak üçün Qlazqo şəhərinə gedəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net