Azərbaycanda yaxın günlərdə yeni ödəniş sistemi istifadəyə veriləcək
Tarix: 29-10-2021, 14:38 | Çap et
Azərbaycanda yaxın günlərdə yeni ödəniş sistemi istifadəyə veriləcək

“Mərkəzi Bankın təşəbbüsü və rəsmi dəvəti ilə “Apple Pay” ödəniş sisteminin ölkəmizdə tətbiqi üzrə işlərə başlanılıb”.

Vertikal.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bu istiqamətdə aktiv işlərə başlanılıb:

“Artıq “Apple Pay” komandası kommersiya bankları, prosessinq mərkəzləri, beynəlxalq kart təşkilatları ilə birgə aktiv tətbiq və sınaq işlərini mərhələli olaraq icra etməkdədir. Yaxın günlərdə, hətta gələn həftə bir sıra kommersiya banklarının emissiya etdikləri debit və kredit kartlarından istifadə etməklə “Apple Pay” vasitəsilə təmassız, asan və təhlükəsiz ödənişləri POS terminallar üzərindən, elektron ticarət səhifələrindən və tətbiqlərindən etmək mümkün olacaq”.

Fərid Osmanov qeyd edib ki, bununla bağlı Mərkəzi Bankın sosial şəbəkə hesabları vasitəsi ilə ictimaiyyətə ətraflı məlumat veriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net