DİM sədri: "Qəbul qaydalarında dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçündür"
Tarix: 28-10-2021, 12:17 | Çap et
DİM sədri: "Qəbul qaydalarında dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçündür"

“Bəzən qəbul qaydalarında dəyişiklik olanda abituriyentlərdə narahatlıq yaranır ki, ali məktəblərə qəbul çətinləşdirilir, bu, belə deyil”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçün aparılır: “Ali məktəblərlə sıx əməkdaşlıq edirik. Onlar istəyirlər ki, qəbul olan tələbələr ən azı məktəb proqramı səviyyəsində bu ixtisasları bilsinlər. Beynəlxalq münasibətlər və Regionşünaslıq üzrə təhsil almaq istəyənlər mütləq coğrafiyanı bilməlidirlər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net