Nazir Rüstəm Usubovun bacısının ərinə yeni VƏZİFƏ VERDİ
Tarix: 27-10-2021, 14:28 | Çap et
Nazir Rüstəm Usubovun bacısının ərinə yeni VƏZİFƏ VERDİ

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənini vəzifədən çıxarıb.
Vertikal.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, nazirin əmri ilə paytaxtın Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Pərviz Abdinov vəzifəsindən çıxarılıb. P.Abdinov nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi təyin edilib.

Əvvəllər Suraxanı RPİ-nin istintaqına rəhbərlik edən Pərviz Abdinov Rüstəm Usubovun bacısının əridir.

Nazirin digər əmri ilə Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi Rüfət İbayev Pərviz Abdinovun yerinə təyin edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net