Hafiz Hacıyev koronavirusa yoluxub - reanimasiyadadır, vəziyyəti ağırdır
Tarix: 25-10-2021, 09:47 | Çap et
Hafiz Hacıyev koronavirusa yoluxub - reanimasiyadadır, vəziyyəti ağırdır
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.

Musavat.com-a partiyadan verilən məlumata görə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub və durumu ağırdır.

Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib. Verilən məlumatda qeyd olunur ki, siyasi partiyaların Şuşa səfərindən bir neçə gün sonra H.Hacıyevin durumu pisləşib, onda koronavirus əlamətləri aşkarlanıb. Daha sonra isə test verərək, xəstə olduğu dəqiqləşdirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net