28 may qeyri-iş günü, 18 oktyabr isə iş günü olan bayram sayılacaq - Dövlət Xidməti
Milli Məclisdə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.
APA-nın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
“Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”, - Dövlət Xidmətinin rəsmisi vurğulayıb.