Prezident Dövlət Agentliyinə 2,6 milyon manat ayrılıb
Tarix: 13-10-2021, 17:32 | Çap et
Prezident Dövlət Agentliyinə 2,6 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncama əsasən, Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılb.

Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.




Xəbərlər
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net