BQXK: Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur
Tarix: 13-10-2021, 10:27 | Çap et
BQXK: Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur

"Hazırda Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur. Bu səbəbdən qurum həmin ölkədə münaqişə ilə bağlı başçəkmələr həyata keçirmir".

APA-nın məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova bildirib ki, ikin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.

O, bu ilin yanvar-iyun ayları ərzində 14 "Qızıl Xaç məktubu"nun xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verildiyini bildirib.




Xəbərlər
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net