Qondarma rejim Qarabağda “seçki” keçirir? – Rəsmi Bakının reaksiyası sərt olacaq
Tarix: 10-10-2021, 20:43 | Çap et
Qondarma rejim Qarabağda “seçki” keçirir? – Rəsmi Bakının reaksiyası sərt olacaq

Qarabağda fəaliyyət göstərən separatçı rejim dörd icmada yerli özünüidarə orqanlarına seçkilər keçirir.

TTVXEBER.COM xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.

Əskəran, Ağdərə və və Xocavənd “ərazi seçki komissiyaları”nın verdiyi məlumata görə, saat 8:00-da Xaçmaç, Tsaqkaşat, Nor Qazançı və Gərgərdə seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Mənbə yazır ki, həmin ərazilərdə müvəqqəti yaşayan 742 seçici səsvermə hüququna malikdir.

Seçkilərdə icma başçılarına 6 namizəd irəli sürülüb.

Qeyd edək ki, rəsmi Bakının bu qondarma “seçkiyə” reaksiyasının çox sərt olacağı gözlənilir.
Facebook-da paylaş




Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net