Xətai rayonu ərazisində ağacların kəsildiyi bildirilir.
Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 1 ünvanında sakinlərin istirahət etdiyi yaşayış binasının həyətində ağaclar kəsilərək obyekt tikilir.
Sakinlər ağacların kəsilərək uşaqların oynaması və sakinlərin, xüsusilə qocaların dincəlməsi üçün nəzərdə tutulmuş yerdə obyekt tikilməsindən narazıdırlar.