Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vəkili Giorgi Çiviaşvili bildirib ki, müvəkkili Ukraynaya təhvil verməkdən imtina edəcək.
"Onun vəziyyəti normaldır. Aclıq aksiyasına davam edir və bu formada mübarizənin sona qədər davam etdirəcəyini bildirib.
Keçmiş prezident siyasi mübarizənin davam etmək əzmindədir.
Ekstradisiya məsələsinə gəlincə, Mixail Saakaşvilinin bu mövzuda mövqeyi bundan ibarətdir ki, vətəninin xilası üçün Gürcüstana gəlib və ölkədə qalaraq siyasi mübarizə aparmağı planlaşdırır.
Çox güman ki, Ukraynaya təhvil verilmək məsələsi gündəmə gəldiyi təqdirdə o, bundan imtina edəcək", - deyə Çiviaşvili bildirib.
Bizimyol.info