Yasamalın icra başçısı QOÇU SAXLAYIR? - Jurnalisti döyüb, xəsarət yetirdilər...
Tarix: 29-09-2021, 09:10 | Çap et
Yasamalın icra başçısı QOÇU SAXLAYIR? - Jurnalisti döyüb, xəsarət yetirdilər...

“Kanal 13”-ün əməkdaşı Əvəz Hafizli bir qrup şəxs tərəfindən döyülüb.

Bu barədə internet kanalın direktoru Əziz Orucov məlumat yayıb.

O, iddia edib ki, jurnalist Yasamalın icra başçısı Elşad Həsənova məxus restoranda döyülüb və qolu sındırılıb: “Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən “Dəyirman” restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı göstərilən təziq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnməsi baş vermişdir. Həmçinin telefonu əlindən alınaraq sındırılıb”.

Əziz Orucov hüquq müdafiəçilərini, jurnalistləri, ictimai fəalları və eləcədə aktiv insanları məsələyə biganə qalmamağa çağırıb.

O, Arqument.az-a deyib ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Tele-kanal rəhbəri bildirib ki, hazırda fiziki zorakılığa məruz qalan jurnalist həkim nəzarətindədir.




Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net