Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.
Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, sənətçinin müalicəsi davam edir:
“Həkimlər vəziyyətinin stabil olduğunu, heç bir dəyişiklik müşahidə edilmədiyini deyirlər”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.