Səyyad Əlizadə ECMO cihazına qoşuldu
Tarix: 17-09-2021, 10:42 | Çap et
Səyyad Əlizadə ECMO cihazına qoşuldu

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə Oxu.Az-a onun qohumu Razim Qasımov məlumat verib.

O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:

“Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır”.

Ötən gün Mərkəzi Gömrük Hospitalına köçürülən Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a onun qohumu Razim Qasımov məlumat verib.

O bildirib ki, həkimlər sənətçinin vəziyyətinin ağır stabil olduğunu deyirlər:

“Hələ ki, irəliləyiş yoxdur. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayır. S. Əlizadənin həyat yoldaşı Kəmalə xanım isə Zığda yerləşən modul tipli xəstəxanadadır. Onun vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət öncə koronavirusa yoluxublar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net