Ermənistan Azərbaycanla sərhəddə 18 kəndi birləşdirdi - Əhali etiraz edir
Tarix: 16-09-2021, 12:11 | Çap et
Ermənistan Azərbaycanla sərhəddə 18 kəndi birləşdirdi - Əhali etiraz edir

Ermənilər Göyçə mahalının Zod-Basarkeçər avtomobil yolunu bağlayıblar.

Unikal.org xəbər verir ki, onlar hökumətin ölkə icmalarının genişlənməsi ilə bağlı qərarına etiraz ediblər.

"Bizim tələbimiz 18 kəndimizin birləşməməsidir. Yolu yenidən açmayacağıq. Əgər dediklərimiz olmasa İrəvana gedəcəyik.

Səlahiyyətlilər əvvəlcə təhlükəsizliyi təmin etsinlər, sonra icmalara qoşulmağı düşünsünlər. Qoy idarə və infrastruktur naziri bura gəlsin, problemimizi həll etsin", - deyə etirazçılar çıxış ediblər.

Bildirilib ki, Ermənistan hökuməti Azərbaycanla sərhədyanı bölgə kəndlərində adamların qalmadığını, həmçinin idarəçilikdə ciddi problem yaşandığını əsas gətirərək 18 kəndin birləşməsinə qərar verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net