Qazilərin reabilitasiya xidmətlərindən istifadəsi üçün yeni rezervasiya sistemi istifadəyə veriləcək
"2-3 ayda ərzində qazilərin reabilitasiya xidmətlərindən istifadəsi üçün yeni rezervasiya sisteminin istifadəyə verilməsi planlaşdırılır".
APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.
Onun sözlərinə görə, bununla qazi özü xidmət almaq istədiyi reablitasiya mərkəzini, tarixi və vaxtı müəyyən edə biləcək: "Hazırda elektron qeydiyyat şəklində davam etdirilir".