Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.
"Report"un əldə etdiyi məlumaat görə, o, 66 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.
O, Azərbaycan Dövlət Universiteti, tarix fakültəsini bitirib, Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.
2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.