Azərbaycan İrandan Qarabağa gedən yük maşınları yoxlamağa başlayıb
Tarix: 13-09-2021, 11:31 | Çap et
Azərbaycan İrandan Qarabağa gedən yük maşınları yoxlamağa başlayıb

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Kafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, müharibə başa çatdıqdan sonra "məzmunu bilinməyən" yüklər İrandan Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına çatdırılır. Caliber.az saytının məlumatına görə, son üç ayda Laçın dəhlizi ilə 80-dən çox yanacaq və digər, əsasən bilinməyən yüklərlə dolu yük maşınları keçib. Nə İran, nə də Ermənistan Azərbaycan tərəfindən, o cümlədən azad edilmiş Qarabağda yerləşən Azərbaycan qoşunlarının komandanlığından bununla bağlı icazə almayıb.//virtualaz.org




Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net