2020-2021-ci tədris ili başa çatdıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 15 ümumi təhsil müəssisəsi direktorunun iş yeri digər ümumi təhsil məktəbinə dəyişdirilib.
Bu barədə APA-ya İdarədən bildirilib.
Qeyd edək ki, müvafiq qaydalara uyğun olaraq ümumi təhsil müəssisələri direktorlarının yerdəyişməsi davam edən ənənəvi prosesdir.