Azərbaycanda külli miqdarda istehlaka yararsız ət aşkar edildi
Tarix: 25-08-2021, 21:07 | Çap et
Azərbaycanda külli miqdarda istehlaka yararsız ət aşkar edildi

Tərtər rayonunun H.Əliyev prospektində yerləşən ərzaq məhsullarının satışı bazarında yararsız ət aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, keçirilən reyd zamanı fiziki şəxs İsmayılov Ramiz Torağay oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçmədən, möhürsüz satışa çıxarıldığı və məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı məlum olub.

Məhsuldan nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, ət satışının qarşısı alınıb və müsadirə edilərək saxlanc yerinə qoyulub.

Müayinələr nəticəsində məhsulun texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, istehlaka yararsız olduğu aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 176 kiloqram ət yandırılaraq məhv edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net