Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Qara Qarayev prospekti – (Xalqlar Dostluğu metro stansiyasının qarşısından başlayaraq, Bəhruz Nuriyev küçəsi ilə kəsişməyə qədər, Neftçilər metro stansiyası istiqamətində) sıxlıqdır.
Tbilisi prospekti – əsas yol - (20 Yanvar dairəsi adlanan ərazidən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.
Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.
Ceyhun Səlimov küçəsi – (3-cü mikrorayon dairəsi istiqamətində) sıxlıqdır.