Müəllimlərin cavabı gecikmədi: "Çoxdan fəhlə işləyirik"
Tarix: 12-03-2015, 15:43 | Çap et
Müəllimlərin cavabı gecikmədi: "Çoxdan fəhlə işləyirik"
Hadi Rəcəbli çox gecikib, bizim müəllimlər çoxdan işdən sonra fəhləliklə məşğuldur". Bu barədə tanınmış pedaqoq, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirib.

Millət vəkili Hadi Rəcəblinin tanış bir müəllimin işdən sonra bənnalıq etməsi barədə dediklərini şərh edən Məlahət xanım söyləyib: "Ailəsini dolandıra bilməyən müəllimlər işdən sonra cürbəcür pedoqoji və qeyri-pedoqoji işlərlə məşğul olurlar. Bəziləri kurslarda dərs keçir, bəziləri fərdi hazırlıqla məşğul olurlar. Bəzi müəllilər fəhləlik edir, bəziləri isə bazarda mer-meyvə satır".

Məlahət xanımın sözlərinə görə, bu, müəllimin peşəkarlığını çox aşağı salır. Çünki öz üzərində hazırlaşmağa vaxt tapa bilməyən müəllim yeniliklərdən xəbərsiz olur, dərsi köhnə üsullarla bir tərəh yola verir.

Azad Müəllimlər Birliyinin sədri ölkə başçısının müəllimlərin maaşını artırmaq barədə verdiyi sərəncamın gerçəkləşdirilməsini çox vacib sayır. Sərəncamda müəllimlərin maaşlarının 2 dəfə artırılması nəzərdə tutulur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net