Ombudsmanın müraciəti əsasında 72 məhkum azadlığa buraxılıb
Tarix: 22-07-2021, 12:33 | Çap et
Ombudsmanın müraciəti əsasında 72 məhkum azadlığa buraxılıb
“Bizim müraciətlər əsasında 72 məhkum azadlığa buraxılmış, 3 nəfər ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilmiş, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılmışdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
“Bu da çox müsbət praktikadır və biz bunu çox yüksək dəyərləndiririk. Buna görə də biz Prezidentə insan hüquqlarının qorunmasında humanist siyasətinə, eyni zamanda Novruz bayramı ərəfəsində neçə-neçə məhkumu, onların ailələrini və bütövlükdə hamımızı sevindirdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk”, - o qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net