Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA-nın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının “Twitter” hesabında məlumat verilib.
Məlumatda bildirilib ki, Prezident Ərdoğan Azərbaycan Milli Məclisi Türkiyə-Azərbaycan Dostluq Qrupu heyəti ilə Türkiyə Böyük Millət Məclisində bir araya gəlib.