Fransızlar Makronu lağa qoydu: - Azərbaycana ağıl öyrətmə!
Tarix: 14-05-2021, 17:05 | Çap et
Fransızlar Makronu lağa qoydu: - Azərbaycana ağıl öyrətmə!
Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarması ilə bağlı çağırışı fransız oxucular tərəfindən tənqidlə qarşılanıb.

Axar.az xəbər RİA Novosti-yə istinadla xəbər verir ki, Fransanın “Fiqaro” nəşrində dərc olunan məqaləyə çoxsaylı şərhlərində oxucular Makronu öz ölkəsinin işləri ilə məşğul olmağa çağrıblar.

“Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə inam qazanmalısan, yoxsa bu, beynəlxalq ictimaiyyətin gülüşünə səbəb olur”, - oxucular yazıb.

“Fiqaro”nun tirajladığı oxucu reaksiyalarından bir neçəsi:

“Fransa olduqca uzaqdır. Makron Ermənistanı müdafiə etməsi üçün Rusiyadan xahiş etməlidir”.

“Əgər insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, başqa ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən qeyri-etik görünür”.

“Makron şəhərətrafı rayonlarda narkotacirlərlə bacara bilmir, amma Azərbaycan xalqına ağıl öyrədir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net