Gürcüstan hökuməti quru sərhədlərini açmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın istisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.
Onun sözlərinə görə, quru sərhədlərinin açılması koronavirus pandemiyasının 3-cü dalğasının keçməsindən sonra baş tutacaq.
“Quru sərhədlərinin açılması planlaşdırılır, amma bu, üçüncü dalğanın ötməsilə üst-üstə düşməlidir. Bnu da bir neçə həftənin məsələsidir”, - Turnava bildirib.
Qeyd edək ki, Gürcüstanın quru və dəniz sərhədləri 2020-ci ilin martından bağlıdır. Hava sərhədiu isə 2021-ci ilin fevralın 1-dən açıqdır.