Mənimsəmədə təqsirləndirilən bələdiyyə sədrinin məhkəməsi başlayır
Tarix: 8-05-2021, 10:15 | Çap et
Mənimsəmədə təqsirləndirilən bələdiyyə sədrinin məhkəməsi başlayır

Mənimsəmədə təqsirləndirilən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və onunla birgə ittiham olunan Anar Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net