“Son zəng”lə bağlı konkret bir qərar yoxdur - Təhsil Nazirliyi
Tarix: 4-05-2021, 17:05 | Çap et
“Son zəng”lə bağlı konkret bir qərar yoxdur - Təhsil Nazirliyi

Təhsil Nazirliyi bu il XI siniflər üçün “Son zəng”in necə keçiriləcəyi məsələsinə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı hələ ki, konkret bir qərar yoxdur: "Ölkədəki pandemiya şəraiti nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, ötən il pandemiya şəraiti ilə əlaqədar tədris ilinin sonunda virtual “Son zəng” keçirilmişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net