Açıq havada maska taxmaq ləğv olunacaq? - AÇIQLAMA
Tarix: 15-04-2021, 16:16 | Çap et
Açıq havada maska taxmaq ləğv olunacaq? - AÇIQLAMA

Son günlər koronavirusun yayılması ilə bağlı rəqəmlər artan xətt üzrə inkişaf edir. Buna baxmayaraq, açıq havada tibbi maska taxmaqdan imtina etmək istəyənlərin də sayı çoxdur. Sosial şəbəkələrdə "Nəfəs alaq” həştəqi ilə kampaniya da başladılıb.

Tibbi ekspert, professor Adil Qeybulla bildirib ki, insanların kafe, restoranlarda 4-5 saat oturması fonunda açıq havada tibbi maska taxmaq artıqdır:

"İnsanların etirazlarını başa düşmək olar, digər tərəfdən isə pandemiya dövründə karantin qaydaları var, bütün dünya buna riayət edir. Dünyanın mötəbər mərkəzləri bunu təyin edir ki, necə davranmaq lazımdır. Bu davranışlar bizim iradəmizdən asılı deyil. Bu, bizim istəklərimiz ilə həll olunacaq bir məsələ deyil. Hesab edirəm ki, insanlar anlayışla yanaşmalıdırlar və pandemiyanın qanunları çərçivəsində hərəkət etməlidirlər.

Sıx təmaslar mövzusuna gəldikdə isə, biz çalışmalıyıq ki, bu kimi təmaslardan qaçaq. İnsanların çox olduqları yerlərdə məsafə saxlamaq, maska taxmaq ciddi şərtdir. Uşaqları da qorumalıyıq, məhz bu sıxlıqlara görə məktəblər bağlanıb. İnsanlar arasında ara məsafəsinin az olması xəstəlik üçün potensialdır”. (Redaktor.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net