Azərbaycanda uşaq və yeniyetmələr arasında piylənmə artır
Tarix: 15-04-2021, 15:30 | Çap et
Azərbaycanda uşaq və yeniyetmələr arasında piylənmə artır

“Son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmənin artdığı müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlarda erkən inkişaf " mövzusunda çıxışında deyib.

O bildirib ki, buna birinci səbəb “fastfood” restoranları və qərb mətbəxinin ölkəyə daxil olmasıdır: “İkinci səbəb müasir texnologiyaların həyatımıza girişidir. 2019-cu ildə ilkin dispanser qeydiyyatına 1234 nəfər alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır. Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Tendensiya artmağa doğru gedir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net