Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan COVID testindən keçib və nəticədə ona koronavirus diaqnozu qoyulub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ter-Petrosyanın evdə həkimlərin nəzarəti altında lazımi profilaktik müalicə aldığı bildirilir.
Levon Ter-Petrosyanın sözçüsü Arman Musinyan faktı təsdiqləyib.