Bakıda daha üç küçədə xüsusi avtobus zolağının salınmasına başlanılıb
Tarix: 2-04-2021, 12:11 | Çap et
Bakıda daha üç küçədə xüsusi avtobus zolağının salınmasına başlanılıb
Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bildiyiniz kimi daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb.

Bunu “Report”a açıqlamasında BNA-nin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür: “Bunun üçün ilk növbədə layihələndirmə işləri aparılır. Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir”.

M.Ağayev əlavə edib ki, zolaqların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir.

Xatırladaq ki, Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Rəşid Behbudov, Əhməd Rəcəbli, Məhəmməd Hadi, küçələrində xüsusi avtobus zolaqları salınıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net