Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.
Dia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.