Türkiyə lirəsi yenə də ucuzlaşıb, bizdə devalvasiya olacaqmı? Son 2 ildə 3-cü dəfə yenilənən Mərkəzi Bankı rəhbəri hazırkı məzənnə ucuzlaşmasında səbəblərdən biri kimi yer almasına baxmayaraq, bu baş verənlər Türkiyə iqtisadiyyatının son durumu ilə əlaqədardır. Belə ki, bu il fevralın 15-ə olan məlumata görə, Türkiyənin 95,4 milyard dollarlıq beynəlxalq valyuta ehtiyatlarının 85 faizi və ya 82 milyard dolları yerli bankların mərkəzi bankdakı valyuta depozitləridir ki, bu da bankların öhdəlikləri sayılır. Odur ki, 15 fevral tarxininə Türkiyə Mərkəzi Bankının xalis valyuta ehtiyatları 13,4 milyard dolları, hətta bugünə olan açıqlamalara görə 11 milyard dolları ötmür. Bu isə Mərkəzi Bankın manevr imkanlarını kəskin şəkildə çətinləşdirib. Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır. Qubad İbadoğlu yazır, daha sonra Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının azalması isə əsasən 2 səbəblə izah etmək olar. Belə ki, bir tərəfdən ölkədən rəsmi və qeyri-rəsmi olaraq valyuta axını sürətlənib, həm dövlətin və həm də özəl bölmənin xarici borcları və valyuta ilə öhdəlikləri artıb, digər tərəfdən də ötən ilin yekunları üzrə xaricdən valyuta daxilolmaları azaldığından tədiyə balansının cari hesabının kəsiri 36.7 mlrd. dollara çatıb. Beləliklə də lirə dəyər itirmək məcburiyyətində idi. Bu ərəfədə uçot dərəcələrinin qaldırılacağı və sabit (fixed) məzənnəyə keçidə dair yayılan şaiyələri lirənin ucuzlaşmasına psixoloji təsirlər göstərdiyindən maliyyə naziri bu məlumatı təkzib edəndən sonra lirənin məzənnəsi qismən sabitləşdi. Belə ki, bugün başlanqıcda 15 faiz dəyər itirən lirə günün sonuna onun yarısını bərpa edib. Hazırda 1 dollar 7,8 lirə səviyyəsində tarazlaşıb. VERTİKAL.AZ